Ərdoğan: Bəzi qüvvələr Türkiyə-ABŞ münasibətlərinin pisləşməsində maraqlıdır

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkiyə-ABŞ Milli Komitəsinin təşkil etdiyi şam yeməyində çıxış edib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan bildirib: “Tamamilə mümkündür ki, bu gün müsəlmanlar əleyhinə baş verən hücumlar sabah başqa qruplara, dillərə, mədəniyyətlərə və inanclara qarşı çevriləcək. Əgər islamofobiyanı aradan qaldırmasaq, cinayətkarlar daha düşüncəsiz addımlar atacaqlar”.

Prezident bəyan edib ki, 2 milyard müsəlmanın müqəddəs hisslərinə toxunmağın söz azadlığı kimi qanuniləşdiriləməsi ilə razılaşa bilməz.  

Ərdoğan Türkiyə-ABŞ mövzusuna da toxunub: “Bəzi qruplar var ki, Türkiyə-ABŞ münasibətlərinin pisləşməsində maraqlıdır, biz onların qarşısını alacağıq”.

Türkiyə lideri iki ölkə arasında ikitərəfli münasibətlərin perspektivini yüksək qiymətləndirib: “Dövlətlər arasında baxış fərqi normal haldır, ancaq ABŞ-la bizim aramızda baxışlarda toqquşma nöqtələri daha çoxdur və münasibətlərin inkişafı üçün də imkanlar böyükdür. Biz qarşıdakı dövrdə ümumi maraqlar əsasında ABŞ-la əməkdaşlığı inkişaf etdirəcəyik”.

Paşa ƏMİRCANOV

XQ

 

 

Dünya