NATO-nun baş katibi Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmağa çağırıb

post-img

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO-ya üzv ölkələr Ukraynadakı döyüşlərin tezliklə bitəcəyini gözləmirlər. O qeyd edib ki, tezliklə sülh arzusuna baxmayaraq, Ukrayna döyüşləri dayandırsa, ölkə yox olacaq.

“Müharibənin çox adamın gözlənildiyindən daha uzun sürür, ona görə də biz Ukraynada uzun müharibəyə hazır olmalıyıq. Hamımız mümkün qədər tez sülh istəyirik. Eyni zamanda, etiraf etməliyik ki, prezident Volodimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi artıq mövcud olmayacaq. Prezident Vladimir Putin və Rusiya silahlarını yerə qoysalar, sülh gələcək”, - deyə cənab Stoltenberq “Funke” redaksiya komandasına müsahibəsində bildirib.

Yens Stoltenberq dəfələrlə bəyan edib ki, Şimali Atlantika Alyansı ölkələrinin siyasəti dəyişməzdir və onlar münaqişə bitənə qədər Ukraynaya kömək etmək niyyətindədirlər. Demək olar ki, 30 ölkə Ukraynaya ikitərəfli əsasda təhlükəsizlik zəmanəti verməyə hazır olduqlarından danışıb. Müvafiq sazişlər Ukraynanın NATO-ya daxil olmasından əvvəl müvəqqəti həll yoluna çevrilməsi nəzərdə tutulur. Ukrayna prezidenti 2022-ci il sentyabrın 30-da NATO-ya üzv olmaq üçün ərizə verib. İyulun 11-də blok ölkələri üzvlük fəaliyyət planının icrasını ləğv etməklə Ukraynanın NATO-ya daxil olması yolunu sadələşdirmək qərarına gəlib.

S.ELAY,

XQ

Dünya