Süni zəka diaqnoz qoyur

post-img

Daimi ağrılar hiss etməyə başlayanda Aleks 4 yaşında idi. İndi 7 yaşındadır. Anası Kortni oğluna hər gün ağrıkəsicilər verib. 

Ana 3 il ərzində oğlunu 17 həkimin yanına aparıb, lakin onların heç biri dəqiq diaqnoz qoya və düzgün müa­licə təyin edə bilməyib. 

Çarəsiz qalan qadın mütəxəssis­lərin köməyilə Aleksin simptomlarını və müayinə nəticələrini xüsusi forma­da təsvir edən ChatGPT-dən istifadə edib. “Chatbot” uşağa çox nadir bir diaqnoz qoyub – “onurğa beyni sindromu”. Bunu neyrocərrahlar da təs­diqlədilər. 

Mütəxəssislər oğlanın üzərində cərrahiyyə əməliyyatı apararaq, onu ağrılardan azad ediblər. Uşaq hazırda həkim nəzarətindədir və sağalır. Anası Kortni isə çox xoşbəxtdir! 

Leyla HADİ,
tələbə-jurnalist

Dünya