Makron Fransanın Nigerdəki səfirindən narahatdır

post-img

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsinin Nigerdəki səfiri hərbi xunta tərəfindən “sözün həqiqi mənasında girov götürülüb”. Məlumatı Fransa KİV-i tirajlayıb.

Makron səfirliyə ərzaq çatdırılmasına maneə törədildiyindən səfirin hərbi norma ilə qidalandığını bildirib.

Qeyd edək ki, Nigerdə dövlət çevrilişindən sonra hərbçilər Fransa səfirinin ölkədən çıxmasını tələb etsələr də, o, səfirlik ərazisini tərk etməyib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya