Kim Çen In Rusiyada “Kinjal”la tanış olub

post-img

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün ölkədə səfərdə olan KXDR lideri Kim Çen Inı Rusiyanın “Kinjal” raket kompleksi ilə tanış edib. Məlumatı “İzvestiya.ru” verib. 

Məlumata görə, Şimali Koreya lideri Primorskın Kneviçi aerodromina səfər zamanı MiQ-31İ raketdaşıyıcısını da görüb. 

RF Hava-Kosmik Qüvvələrinin uzaq aviasiya komandanı general-leytenant Sergey Kobılaş Kim Çen Ina raket kompleksinin hazırda dünyada analoqu olmayan uçuş-texniki xarakteristikası haqqında məlumat verib. 

Bundan əlavə, RF müdafiə naziri və KXDR lideri Tu-160, Tu-95MC və Tu-22M3 strateji bombardmançı-raketdaşıyıcılarına da baxış keçiriblər. 

Paşa ƏMİRCANOV

XQ

 

Dünya