Premyer Liqa: bu gün daha iki oyun var

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu start götürəcək. "XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, günün ilk matçında "Kəpəz" klubu "Səbail"lə qarşılaşacaq.

Saat 16:00-da start götürəcək matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov kömək edəcəklər. Görüşdə hakim-inspektor vəzifəsini isə Rəhim Həsənov yerinə yetirəcək. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmada AFFA nümayəndəsi Erkin Hüseynovdur.

Günün digər qarşılaşması "Dalağa Arena"da keçiriləcək. "Neftçi" klubu "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 18:00-da başlayacaq görüşün baş hakimi İnqilab Məmmədovdur. Ona Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev kömək edəcəklər. Matşda hakim-inspektor vəzifəsi Ramil Diniyevə həvalə edilib. AFFA nümayəndəsi Eldəniz Musayevdir.

Məlumat üçün deyək ki, hazırda V turdan sonra turnir cədvəlində Gəncə təmsilçisi 4 xalla doqquzuncu, "dənizçilər" 7 xalla altıncı pillədədir. "Ağ-qaralar" isə 8 xalla üçüncü, Naxçıvan təmsilçisi 7 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk matçında dünən "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.

Elçin ABBASOV,

XQ

İdman