Danimarka Rusiyanın xüsusi hərbi əməliyyatlarının başlanmasından bəri ən böyük yardım paketi çərçivəsində Ukraynaya 5,8 milyard Danimarka kronu (təxminən 830 milyon dollar) dəyərində hərbi texnika verəcək. Məlumatı TASS verib.
Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, yeni paketə tanklar, piyada döyüş maşınları, döyüş sursatları və zenit silahları daxildir.
Nazirlik sentyabrın 12-də bildirib ki, yardım 2023-2025-ci illər ərzində hissə-hissə veriləcək, vəsaitin böyük hissəsi bu il xərclənəcək.
Qeyd edək ki, Danimarka ukraynalı pilotların birgə təlimindən sonra Kiyevə ABŞ istehsalı olan F-16 qırıcılarını göndərməyi vəd edən üç ölkədən biridir. Digər ikisi Hollandiya və Norveçdir.
Danimarkanın baş naziri Mette Frederiksen avqustun 20-də bildirib ki, 19 ədəd F-16 təyyarəsindən altısının ilk partiyasının bu ilin sonuna qədər Ukraynaya göndərilməsi gözlənilir.
Rizvan FİKRƏTOĞLU
XQ