İnvestorlar xəstəxanalardan tutmuş marketinq firmalarına qədər müəssisələrin qarşılaşa biləcəyi problemləri həll etmək üçün süni intellekt alətlərinə yüz milyonlarla dollar xərcləyirlər. “ChatGPT” də bu alətlərdən biridir.
Esse və məqalə yazarkən bu proqramdan istifadə edə bilərsiniz. Geniş məlumatları təhlil etmək üçün bu tətbiqə müraciət etmək daha düzgün olar. Uzun bir yazını qısa vaxt ərzində oxuyub təhlil etmək lazım gələrsə, ChatGPT bu işdə sizin ən yaxın dostunuz ola bilər. Biznes və strategiya sahələrində irəli getmək və bu mövzuda lazımi fikirlər öyrənmək üçün bu tətbiq işinizə yarayacaq.
Hazırkı işinizdən məmnun deyilsinizsə, yeni iş yerinə müraciət etmək üçün ChatGPT-dən dəstək ala bilərsiniz. İnsanlar özləri üçün CV hazırlayanda ondan istifadə edirlər. Əməkhaqqı danışıqlarına öncədən hazır olmaq üçün də ChatGPT-dən məsləhət ala bilərsiniz.
Sonda bildirək ki, ChatGPT proqramı hazırda “Google”dan üstün hesab olunur.
F. SALMANOVA
XQ