“Apple” bazarda kəskin ucuzlaşıb

post-img

ABŞ-nin texnologiya nəhən­gi “Apple” kompaniyasının bazar dəyəri iki gün ərzində 190 milyard ABŞ dolları ucuzlaşıb.

Nyu-York birjasında “Apple” şirkəti­nin səhmlərinin dəyəri sentyabrın 5-də və 6-da müvafiq olaraq 3,6 və 2,9 faiz ucuzlaşıb. Şirkətin səhmlərinin ucuz­laşması “Wall Street Journal” və digər media orqanlarının Çində dövlət qu­rumlarının işçilərinə “iPhone” smartfon­larından istifadənin qadağan edilməsi barədə xəbərlər yaymasından sonraya təsadüf edib.

Qeyd edək ki, Çin “Apple” şirkəti­nin əsas bazarlarından biridir. Şirkətin qlobal satışlarının, təxminən, 20 faizi Çinin payına düşür.

XQ

Dünya