Rusiya T-80 tanklarının istehsalını bərpa edəcək

post-img

“Uralvaqonzavod” Konserni ASC-nin baş direktoru Aleksandr Potapov “Zvezda” telekanalının efirində bildirib ki, Rusiya T-80 tanklarının istehsalını sıfırdan bərpa etməyə hazırlaşır. 

Qeyd edilib ki, son illərdə artıq istehsal olunan texnikaların modernləşdirilməsi və təmiri aparılıb.

“Bu, qarşımızda duran vəzifədir, ya da ən azı ordu bunu qarşımıza qoyub. Biz indi Sənaye və Ticarət Nazirliyi ilə fəal şəkildə qarşılıqlı əlaqədə işləyirik, bu məsələləri araşdırırıq, çünki bu, müvafiq olaraq, yeni imkanlar tələb edir”, - deyə Aleksandr Potapov qeyd edib.

Rizvan FİKRƏTOĞLU,
XQ

Dünya