Nigerin hərbi rejimi Fransanı ölkəni işğal etmək cəhdində ittiham edib

post-img

"Amerikanın səsi" xəbər verir ki, iyul ayında hakimiyyəti ələ keçirən Niger hərbi rejimi Fransanı "hərbi müdaxilə" məqsədilə bir sıra Qərbi Afrika ölkələrində qoşun yerləşdirməkdə ittiham edib.

Nigerin Fransa ilə münasibətləri Parisin iyul çevrilişindən sonra devrilmiş prezident Mohamed Bazumu dəstəklədikdən sonra sürətlə pisləşib.

Avqustun 3-də Niger qiyamçıları ölkədə 1500-ə yaxın əsgəri olan Fransa ilə bir neçə hərbi əməkdaşlıq müqaviləsindən imtina ediblər.

Çərşənbə axşamı Paris müdafiə nazirliyindəki mənbə AFP-yə bildirib ki, Fransa ordusu Nigerdəki mövcudluğunu geri çəkmək üçün hərbi rejimlə danışıqlar aparır.

S.ELAY,

XQ

Dünya