Prezident Ərdoğan: "Ermənistanın Qarabağda atdığı addımlar düzgün deyil"

post-img

"Ermənistanın Qarabağda atdığı addımlar düzgün deyil".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük İyirmiliy"in (G 20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Sabah Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan-red) danışıqlar aparacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçkinin (Qarabağda qondarma seçkilər-red) qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir", - Ərdoğan bildirib. ("Report")

Siyasət