Rusiya XİN başçısı G-20 sammitinə qatılıb

post-img

Rusiyanı “Böyük İyirmilik” (G-20) sammitində XİN başçısı Sergey Lavrov təmsil edir. O, artıq Dehlidə tədbirə qatılıb. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

Zaxarova özünün teleqram-kanalında yazıb: “Sergey Lavrov artıq 20-lərin sammitində iştirak etmək üçün Dehliyə gedib”.

XİN nümayəndəsi Hindistanın baş naziri Narendra Modinin Lavrovla görüşünü əks etdirən şəkil də paylaşıb.  

Paşa ƏMİRCANOV, 
XQ

Dünya