Hindistanda “Böyük İyirmilik”in (G-20) sammiti bu gün öz işinə başlayıb. Hyu-Dehlidə keçirilən tədbir “Bir dünya, bir ailə, bir gələcək” mözvzusuna həsr olunub. Bu barədə “İnterfaks.ru” məlumat yayıb.
Sentyabrın 9-10-da davam edəcək sammitdə əsasən Rusiya-Ukrayna müharibəsi, beynəlxalq təhlükəsizlik və digər aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Sammitin ilk günündə Afrika İttifaqı G-20-yə daimi üzv qəbul edilib. Hindistanın baş naziri Narendra Modi təşkilatı bu münasibətlə təbrik edib.
Sammitdə Banqladeş, Misir, İspaniya, Mavriki, Nigeriya, Hollandiya, BƏƏ, Oman və Sinqapur liderləri də iştirak edirlər.
Paşa ƏMİRCANOV,
XQ