Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitində bir sıra ölkələrin liderlərini taxıl sövdələşməsinin bərpası üçün Rusiyanın tələblərinin nəzərə alınmasına inandırmağa çalışır. Bu barədə “Bloomberq” sammitdə iştirak edən türk diplomatlarına istinadən məlumat yayıb. Xəbəri XQ “İzvestiya.ru”ya istinadən verir.
“Bloomberq” yazır: “Prezident Ərdoğan taxıl sövdələşməsinin bərpası üçün bir sıra ölkələri Rusiyanın tələblərinə əməl etməyə çağırıb. Ərdoğan 2002-ci ildə ilk taxıl təşəbbüsünün reallaşmasında vasitəçilik edib, bu istirahət günlərində Dehlidə G-20 sammitində də bağlı qapılar arxasında buna nail olmağa çalışır”.
Agentliyin mənbələri bildiriblər ki, Ankara bir sıra ölkələrin liderlərindən Rusiya ərzaq məhsullarının “Lloyds of London” sığorta bazarında sığortalanmasına kömək etməyə və beynəlxalq ödənişlərin həyata keçirməsi üçün Rusiya maliyyə idarələrinin SWIFT sisteminə qoşulmasını təmin etməyə çağırıb.
Paşa ƏMİRCANOV
XQ