Ərdoğan: Müsəlmanlar islamofobiyaya qarşı birləşməlidirlər

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi Üsamə Camalın başçılığı ilə təşkilatın nümayəndə heyətini qəbul edub. Məlumatı “Anadolu” yayıb.

XQ xəbər verir ki, Ərdoğan müsəlman cəmiyyətinin terrorizmə və nifrət zəminində cinayətlərlə mübarizə aparmaqda davam etdiyini bildirib. O, Qərbdə antiislam əhval-ruhiyyəsinin artmasından narahatlığını ifadə edib. 

Prezident qeyd edib ki, müsəlmanlar birləşməli və islamofobiya, dözümsüzlük və özlərinə qarşı diskriminasiya əleyhinə çıxışlar etməlidirlər. 

Türkiyə lideri bəzi Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı Quranla bağlı insidentləri qəbuledilməz adlandırıb: “Bunlar nifrət və barbarlıq zəminində baş verən cinayətlərdir. İsveçdə, Niderlandda, eləcə də Danimarkada dəfələrlə Quranın təhqir olunması onu göstərir ki, bu coğrafiyada demokratiya və insan haqları hələ bərqərar olmayıb”.

Paşa ƏMİRCANOV, 

XQ

Dünya