ABŞ Ukraynaya daha 1 milyard dollar yardım ayırıb

post-img

ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, ölkəsi Ukraynaya kömək üçün 1 milyard dollar ayıracaq. Bunun 665 milyon dolları hərbi sahə və təhlükəsizliyin təminatı üçün nəzərdə tutulur. Məlumatı “İnterfaks.ru” verib.

Blinken Ukraynanın XİN başçısı Dmitri Kuleba ilə birgə mətbuat konfransında bəyan edib: “Bu gün biz Ukraynaya yeni yardımımızı – 1 milyard dollardan artıq vəsaiti elan edirik. Bura hərbi ehtiyaclar və mülki əhalinin təhlükəsizliyi üçün vəsait də daxildir”. 

Dövlət katibi xatırladıb ki, beləliklə, Rusiyanın xüsusi hərbi əməliyyatının başlanmasından bu günədək ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsində yardımı 43 milyard dollar təşkil edib. 

Paşa ƏMİRCANOV, 

XQ

 

Dünya