Ukraynanın müdafiə naziri istefası ilə bağlı ərizə verib

post-img

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa barədə Ali Radaya müraciət edib. Bu barədə nazir özü “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Xəbəri UNİAN verib. 

O, FB-də ərizəsinin şəklini də paylaşıb və işi haqqında hesabat verməyə hazır olduğunu da bəyan edib. 

Reznikov bəyan edib ki, artıq Rusiya tərəfindən müvəqqəti zəbt olunmuş ərazilərin 50 faizi azad edilib və ölkənin müdafiəçiləri hər gün qabağa gedirlər. 

 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya