“Səbail”in yubiley qələbəsi

post-img

Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında V tur başa çatıb. Turun “Səbail”–“Qarabağ” matçı meydan sahibləri üçün sözün əsl mənasında əlamətdar olub. Belə ki, “Səbail” klubu Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.

“XQ” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən bildirir ki, bu, V turda “Qarabağ”la oyuna təsadüf edib.

Bildirilir ki, turun son matçında rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ölkə çempionatında 25-ci ev qələbəsini qazanıb. Bu, komandanın doğma meydanında keçirdiyi 87-ci matça təsadüf edib. İbdiyədək “Səbail” klubu digər görüşlərin 18-də heç-heçə edib, 44 dəfə məğlub olub.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 2017–2018-ci illər mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb.Həmin vaxt “Səbail” klubu “Neftçi” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Elçin ABBASOV,

XQ

İdman