Son 12 mövsümün ən uğursuz startı

post-img

Ağdamın “Qarabağ” futbol klubu son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. Son çempion 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb. 

“XQ” Peşəkar Futbol Liqasına istinadən bildirir ki, Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzub. “Köhlən atlar” geridə qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, “Qarabağ” sonuncu dəfə 2011–2012-ci illər mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.

Elçin ABBASOV,

XQ

İdman