De Byazi 26 oyunçuya dəvət göndərib

post-img

“AVRO-2024”-ün seçmə mərhələsi çərçivəsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq futbol üzsrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

“XQ” AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmanın baş məşqçisi Canni De Byazi millinin düşərgəsinə 26 futbolçu dəvət edib.

Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (“Qarabağ”), Səlahət Ağayev, Yusif Nəbiyev (“Səbail”), Yusif İmanov, Aleksey İsayev, Amin Sevdiyev, Elvin Camalov (“Sabah”),  Emin Mahmudov, Filip Ozobiç, Höccət Haqqverdi (“Neftçi”), Elvin Bədəlov (“Sumqayıt”), Qismət Alıyev, Rüstəm Əhmədzadə (“Zirə”), Emil Səfərov (“Qəbələ”), Anton Krivotsyuk (“Daejon Hana”–Cənubi Koreya), Renat Dadaşov (“Qrasshopper”–İsveçrə), Ramil Şeydayev “Buriram Yunayted”–Tailand), Ozan Can Kökçü (“Eyndhoven”–Niderland), Musa Qurbanlı (“Yurqorden”–İsveç), Mahir Emreli (“Dinam Zaqreb”– Xorvatiya), Coşqun Diniyev (“Ümraniyyespor”–Türkiyə) və Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”–Türkiyə).

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da keçiriləcək.

Elçin ABBASOV,

XQ

İdman