Milyarder Məhəmməd Əl-Fayed vəfat edib

post-img

Milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib. O, əslən Misirdən idi, lakin 60 ildən çox Böyük Britaniyada yaşayıb. İngiltərənin "Fulham" futbol klubunun və Harrods univermağının keçmiş sahibi, böyük oğlu Dodi şahzadə Diana ilə görüşmüş və 1997-ci ildə avtomobil qəzasında onunla birlikdə vəfat etmişdi.

Ailənin açıqlamasında deyilir ki, Məhəmməd Əl-Fayed avqustun 30-da "qocalıqda dinc şəkildə vəfat edib". "O, yaxınlarının əhatəsində təqaüddə uzun və dolğun bir həyat yaşadı", - açıqlamada deyilir (The Associated Press).

Məhəmməd Əl-Fayed 27 yanvar 1929-cu ildə İsgəndəriyyədə anadan olub. 1960-cı illərdə Londona köçüb. The Sunday Times Rich List-in məlumatına görə, mərhumun ailəsinin sərvəti 1,7 milyard funt-sterlinqdir (104-cü yer).

XQ

 

Dünya