Ərdoğan: Türkiyə müstəqil inkişaf kursunu davam etdirəcək

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hərbi Dəniz Akademiyasına diplom və ştandartların təqdimatı mərasiminə qatılıb və tədbir iştirakçıları qarşısında çıxış edib. Məlumatı “Anadolu” verib.

Prezident bəyan edib ki, dünyada artmaqda olan xaos və qeyri-müəyyənlik şəraitində Türkiyə özünü hərbi, diplomatik, iqtisadi və siyasi nailiyyətləri ilə göstərir. 

Ərdoğan bəyan edib ki, ölkəsi xarici təzyiqlərə baxmayaraq, bundan sonra da müstəqil inkişaf kursunu davam etdirəcək və “lazımsız əyləncələr ardınca qaçmayacaq”. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya