11 Balkan ölkəsi Ukraynaya dəstək bəyannaməsi imzalayıb

post-img

Yunanıstan və daha 10 Balkan ölkəsi Ukrayna–Balkan sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Afina Bəyannaməsini imzalayan ölkələr arasında Rusiyanın regionda ən yaxın müttəfiqi sayılan Serbiya da var. Bu barədə Ukrayna prezidentinin dəftərxanası xəbər verib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vo­lodimir Zelenski sammitdə birbaşa iştirak etmək üçün avqustun 21-də Yunanıstana gəlmişdi. Sammit başa çatdıqdan son­ra Afina Zirvə Bəyannaməsi qəbul edil­di. Sənədin mətnində deyilir: “Rusiyanın Ukraynaya təcavüzü Avropa üçün dönüş nöqtəsidir. Bu, Avropa qitəsində təhlükə­sizlik, sülh və sabitlik üçün təhlükədir. Avropanın sabit və təhlükəsizliyinə uzun müddət töhfə vermiş qanunlar və prin­siplər pozulub. Biz revizionizmin fəlakətli nəticələrinin bir daha şahidi oluruq. Uk­raynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində demokratiya və qa­nunun aliliyinə əsaslanan müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sar­sılmaz dəstəyimizi bildiririk”.

Bəyannamədə daha sonra bildirilir ki, müharibə cinayətləri, mülki şəxslərə hücumlar, infrastrukturun məhv edilmə­si, digər vəhşiliklər cəzasız qalmamalıdır və bütün məsuliyyət daşıyanlar cavab verməlidir: “Qəti şəkildə inanırıq ki, bu gün bu bəyanat həmişəkindən daha ak­tualdır. Balkanlar, Ukrayna və Moldova Respublikası ümumi Avropa irsini, tarixini və gələcəyini bölüşür. Ukrayna və Moldo­vanın lazımi islahatları başa vurduqdan sonra onların üzvlük prosesində növbəti addımları atması üçün dəstək olmaq öh­dəliyimizi ifadə etdik”. 

Xatırladaq ki, Çin və Cənubi Afrika Respublikası rəhbərləri də BRİCS sam­mitində bəyanat veriblər. Si Tsinpin və Siril Ramafos bildiriblər ki, Ukraynadakı müharibənin siyasi həlli üçün səylərini davam etdirəcəklər. Ölkə liderləri hələ də əmindirlər ki, münaqişənin yalnız danı­şıqlar yolu ilə həlli mümkündür. “Hər iki tərəf razılaşıb ki, dialoq və danışıqlar Uk­raynada münaqişənin həlli üçün yeganə əlverişli variantdır və beynəlxalq hüquqa əsaslanmalıdır. Sülh danışıqlarını təşviq etməyə və münaqişənin siyasi həllində konstruktiv rol oynamağa davam edəcə­yik”.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya