Forbes: Ukrayna ehtiyatda olan sonuncu böyük birliyini döyüşə çıxarıb

post-img

“Forbes”in köşə yazarı Devid Eksin sözlərinə görə, Ukrayna ordusu hücumda əvvəllər ehtiyatda olan 82-ci Hava Hücum Briqadasından istifadə edib. Bu, Ukraynanın cənubundakı Zaporojye bölgəsində yerləşən Rabotino bölgəsində fəaliyyətə başlayan sonuncu böyük birlikdir. Briqada 2000 hərbçidən ibarətdir və "Marder", eləcə də "Stryker" döyüş maşınları, həmçinin Challenger-2 tankları ilə təchiz olunub.

Məqalədə qeyd olunur ki, 82-ci və 46-cı briqadalar Ukrayna komandanlığı tərəfindən işə salınan sonuncu əsas ehtiyat hissələr olub. Bununla bağlı məqalə müəllifi təxmin edir ki, bu briqadaların istirahətə ehtiyacı olanda Ukrayna Silahlı Qüvvələrində onları əvəz etmək üçün kifayət qədər bölmələr olmaya bilər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya