“Çiyələk dəniz zanbağı”

post-img

Alimlər Antarktida sularında dəniz heyvanlarının yeni növünü aşkar ediblər. Bu barədə “Invertebrate Systematics” xəbər verir. “Promachocrinus fragarius” adlanan yeni növün bədəninin xarakterik formasına görə onu “Çiyələk dəniz zanbağı” adlandırıblar. 

Bu canlının çiyələk formasına bənzər mərkəzi bədəndən şüalanan 20 qolu var. O, bənövşəyi və ya tünd qırmızı rəngə boyana bilir. Bu heyvanın 2 formada qolu var. Aşağıdakılar qısa, zolaqlı və elastik, yuxarıdakılar isə yumşaqdır. 

“Çiyələk dəniz zanbağı” okeanın 1170 metr dərinliklərində tapılıb. Yeni növ bədən forması və DNT analizi əsasında müəyyən edilib. 

Zülfiyyə QURBANƏLİQIZI, “Xalq qəzeti”

Dünya