“İndiana Cons və tale saatı”

post-img

80 yaşlı amerikalı aktyor Harrison Fordun baş rolda oynadığı bu film İndiana Cons barədə silsilənin ən son hissəsidir. İyunun 30-da prokata çıxmış film cəmi 142 milyon dollar qazanc əldə edib. Bu, ilk baxışdan yüksək məbləğ kimi görünsə də, filmin büdcəsinin 295 milyon dollar olduğunu unutmaq olmaz. 

2018-ci ildə çəkilmiş “İndiana Cons və büllur kəllə” filmi 185 milyon dollar büdcə ilə çəkilərək 295 milyon dollar gəlir əldə etmişdi. 

Xatırladaq ki, “İndiana Cons” silsiləsindən olan ilk film isə cəmi 48 milyon dollar vəsaitlə ərsəyə gələrək xərclərini 10 qat üstələmişdi. Film o dönəmdə öz istehsalçılarına 474 milyon dollar qazandırmışdı. 

Leyla İLKİNQIZI,
tələbə-jurnalist 

Dünya