Türkiyənin ilk astronom qadını

post-img

Astronomiya sahəsinə verdiyi mühüm töhfələrə görə “Google”un alternativi olan “Doodle” proqramında Türkiyənin tanınmış qadın astronomu və riyaziyyatçısı Nüzhet Gökdoğana həsr olunmuş məlumatlar yer alıb. Bu proqramı kliklədikdə istifadəçilər İstanbulda anadan olmuş 113 yaşlı mərhum professor haqqında məlumat və xəbərlərin yerləşdiyi səhifəyə yönləndirilir. 

Gökdoğan 1954-cü ildə İstanbul Universitetinin elm­lər fakültəsinin ilk qadın dekanı olub. Paris rəsədxa­nasında təcrübə keçən astro­nom fəaliyyətini doğma yur­dunda davam etdirib. 

Qeyd edək ki, “Doodle” müxtəlif ölkələr üçün əhəmiy­yətli günləri və bayramları, mədəni hadisələri və tarixi şəxsiyyətlər haqqında məlu­matları özündə əks etdirən proqramdır. İnternet istifadəçiləri burada bu və ya digər mövzular haqqında ətraflı məlumat əldə etmək imkanına malikdirlər. 

F. SALMANOVA, “Xalq qəzeti” 

Dünya