“Luna-25” Aydan məlumatlar ötürür

post-img

Rusiyanın Aya su mənbəyi ax­tarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisində elmi cihazlar işə düşüb və Yerə ilk məlumat ötürüb. Federal Kosmik Agentliyinin (Ros­kosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən sonra Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”də bütün sistemlərin normal işlədiyi qeyd edilib. 

“Luna-25” avqustun 11-də Mosk­vadan 5 min 500 kilometr şərqdə yer­ləşən “Vostoçnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə Aya buraxılıb. Təxminən, 1 il müddətində “Luna-25” şüaların və elektromaqnit emissiyala­rının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək. 

Leyla İLKİNQIZI,
tələbə-jurnalist

Dünya