Aranda isti, dağlarda yağış

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidro­meteorologiya Xidmətinin məlumatına əsasən, avqus­tun 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman ola­caq. Cənub-şərq küləyi əsəcək. Gecə 23-26°, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gün­düz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqa­yıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26- 27°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin Böyük Qafqaz zo­nasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakter­li olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın tempe­raturu gecə 22-26°, gündüz 36-41°, dağlarda gecə 16-21°, gündüz 26-31° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya