Su – necə, nə vaxt, nə qədər?

post-img

Nəinki isti havalarda, ümumiyyətlə, heç vaxt orqa­nizmi susuz saxlamaq olmaz. Hətta sırf maye qəbuluna fokuslanmış pəhriz növləri də var. Suyun necə qəbulu isə bədən üçün ən önəmli amillərdən biridir. 

Türkiyənin qidalanma və pəhriz mütəxəssislərindən biri Çisem Gündüz maye qəbulu ilə bağlı doğru bildiyimiz yan­lışlardan danışıb. Yalnız susayan zaman su içməyin lazım olduğunu və ya “hər kəs gündəlik 2 litr su içməlidir”- kimi fikirləri absurd hesab edir. Deyir ki, su içmək üçün susama­ğa ehtiyac yoxdur. Bədənin hər kiloqramı üçün 30 millilitr su içmək lazımdır. Yəni, çəkisi 60 kiloqram olan insan gündə 1,8 litr su içməlidir. 

Suyun həyat olduğunu və bədə­nimizin təxminən 55–60 faizinin su olduğunu xatırladan dietoloq qeyd edib ki, su bədənimizin optimal sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Yetkin insan gün ərzində böyrəklər, həzm və tənəffüs yolları ilə 2–2,5 litr su itirir. 

Gündə hər kəs standart 2 və ya 2,5 litr su içmək əvəzinə, öz bədən çəkisinə uyğun su qəbul etməlidir. Məsələn, 70 ki­loqramlıq bir qadının gündəlik su tələbatı 2 litr 100 millimetr olaraq hesablanır. Ancaq gün ərzində qəbul edilən içkilər və ya idman kimi amillər bu hesablamanın dəyişməsinə səbəb ola bilər. 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat