Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq nümayəndə heyəti ilə görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin akt zalında baş tutan tədbirdə bildirilib ki, Azərbaycanı yarışda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası təmsil edəcək.
Yekaterinburqun 300 illiyinə həsr olunan yarışda ümumilikdə 36 ölkə idmançıları iştirak edəcəklər. Azərbaycan 14 idman növündən 7-də təmsil olunacaq. Komanda 69 idmançı, 14 məşqçi, 2 tibb personalı və 7 nümayəndə heyəti ilə avqustun 18-də Rusiyaya yollanacaq. İdmançılardan 54-ü kişi, 15-i qadındır.
Qeyd edək ki, Beynəlxalq Universitet İdmanı Festivalı avqustun 19-dan 31-dək keçiriləcək.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

