Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisi növbəti qələbəsini qazanıb.
Yığmamız 4-cü turda “Qazaxıstan 1” komandasını 3:1 hesabla məğlub edib. Qeyd edək ki, ilk turda Paraqvay komandası üzərində qələbə qazanan, sonra “Qazaxıstan 2” komandası ilə heç-heçə oynayan millimiz sonrakı mərhələdə Bolqarıstan yığmasını məğlub edib.
Xatırladaq ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir. Komandanın kapitanı Fərid Abbasovdur.
Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

