Bakıda bu ilin ən nüfuzlu turnirlərindən biri olan atıcılıq üzrə dünya çempionatı start götürüb.
Yarışda mübarizə aparmaq üçün 101 ölkənin 1239 idmançısı qeydiyyatdan keçib. Azərbaycanı turnirdə stend atıcılığı və güllə atıcılığı üzrə 31 nəfər təmsil edəcək.
Sentyabrın 1-dək davam edəcək dünya çempionatı Paris Yay Olimpiya Oyunlarına 48 lisenziya verəcək.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

