“WABetaInfo” portalı məlumat verib ki, “WhatsApp” yazışmaları qorumaq üçün yeni funksiya təqdim edib. Artıq “WhatsApp”ın veb versiyasında da ekranı kilidləmək mümkün olacaq. Bu, kənar şəxslərin messencerinizdən icazəsiz istifadəsinə imkan verməyəcək.
Bu proses ilk dəfə 2022-ci ilin noyabrında təqdim olunub. İndi isə bu yenilik “WhatsApp Web”in çoxlu sayda “beta” testerləri üçün əlçatan olub. Bu funksiya messencerə girişi bloklamağa imkan verir və hər açılışdan sonra xüsusi parol daxil etməyi tələb edir. İstifadəçi parolu unudubsa, o, sessiyanı bitirməli, sonra isə aktiv “WhatsApp” seansı olan kompüter və smartfonun ekranında “QR” kodundan istifadə edərək yenidən avtorizasiya etməlidir.
Hazırda bloklama funksiyası sınaqdan keçirilir, buna görə də “WhatsApp Web”in sabit versiyasında hələ ki, mövcud deyil. Oxşar funksiya bütün digər platformalar, o cümlədən “Android” və “iOS”da messencer müştərisi üçün də nəzərdə tutulub.
Leyla HADİ,
tələbə-jurnalist

