Süni zəka meşə yanğınları ilə mübarizədə yardımçı ola bilər

post-img

“Firestory” adlı startap meşə yanğınları ilə bağlı problemin aradan qaldırılmasına dair “Pano AI” adlı texnologiyasını təklif edib. Yeni texnologiya real zaman ərzində yanğın təhlükələrini aşkar etmək və qiymətləndirmək üçün süni zəka ilə çalışan kameralardan istifadə edir. Həmin texnologiya sayəsində  kameralar baş verə biləcək təhlükələri öncədən bildirir.

“Pano AI” texnologiyası əsasında süni zəka ilə yanaşı, təkmilləşdirilmiş kameralardan da istifadə edir. Həmin kameralar ətraf mühiti 360 dərəcə skan edə bilir.

Bu kameralar  bir neçə milyon hektar ərazini əhatə edən geniş landşaftları daimi nəzarət altında saxlamağı bacarır. Kameralar tüstünün və digər yanğın amillərinin aşkar edilməsi üçün “deep learning” adlanan alqoritmlərindən istifadə edir. Önəmli məlumatları əldə etdikdən sonra “Pano AI” onları fövqəladə hallar xidmətinə ötürür. 

Leyla HADİ, 
tələbə-jurnalist 

 

Dünya