Süni intellekt şair oldu

post-img

“iPhone”un tətbiq mağazası “Apple Store”da “Pamera” adlı proqram çəkilən şəkillərə əsasən dörd sətirlik şeirlər yazmağı bacarıb. 

“Pamera” istifadəçinin kamerası tərəfindən çəkilmiş fotoşəkilləri müəyyən edir və “GPT-4” dil modelinin dəstəyi ilə şeir yazmaq üçün ondan istifadə edir. Şeirlərin hazırlanması üçün məşhur Xorxe Luis Borxesin üslubundan ilham alınıb. 

Nümumə üçün proqramın tərtibatçısı Damjanski proqram ilə sevimli itinin fotosunu paylaşıb. Nəticədə “Pamera” şəkilə şeirlə cavab verib. Bildirilib ki, bu versiya istifadəçilərə daha da sürreal şeirlər yaratmağa imkan verəcək.

Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

 

Dünya