“Twitter” məhkəməyə verildi

post-img

“France Presse” informasiya agentliyi müəllif hüquqlarını pozduğuna görə “Twitter”i məhkəməyə verib. Agentliyin məlumatına görə, agentlik onun materiallarından istifadə edən “Twitter”dən bunun əvəzini tələb etmək niyyətindədir. Lakin sosial şəbəkə bununla bağlı müraciətlərə məhəl qoymayıb.

Qeyd edək ki, “France Press”dən əvvəl AFP materiallarının istifadəsinə görə “Google”dan məhkəmə yolu ilə təzminat alıb. Ancaq pulun məbləği açıqlanmır. Məlumatı “Frans Press” yayıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya