Türkiyə ordusu 3 PKK terrorçusunu zərərsizləşdirib

post-img

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının 3  üzvünü zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, terrorçulara İraqın Pençe-Kilit antiterror əməliyyatı zonasına daxil olan Zap bölgəsində hücum edilib.

"Türkiyə ordusu terrorçuları məhv etməyə davam etməkdə qərarlıdır", - Müdafiə Nazirliyi vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya