“Qarqantura”

post-img

Fransız qrafik, boyakar və heykəltəraş, XIX əsrin ən böyük siyasi karika­tura ustalarından olan Onore Viktoryen Domye 1808-ci ildə Marsel şəhərində anadan olub. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830- cu il inqilabının böyük təsiri olub. Və o, yüzlərlə sənət əsəri hazırlamışdır. Ərsəyə gətirdiyi dünyaca məşhur əsərlərindən biri də “Qarqantura” satirik tablosudur.. 

Əsərdə monoton–ağ və qara rənglər­dən böyük ustalıqla istifadə olunub. Kom­pozisiya isə aydınlığı ilə fərqlənir.Rəssamın həbsinə səbəb olan bu karikaturada Fran­sa kralı Lui Filippin acgöz və bədheybət biri kimi təsvir edildiyinin şahidi oluruq. Ta­nınmış karikaturaçı və nəzəriyyəçisi Boris Yefimovun sözlərinə görə, rəssam öz yara­dıcılığı ilə humanizm, tərəqqi və demokra­tiya uğrunda durmadan mübarizə aparıb. Onun əsərləri bu gün də mübarizdir və bizimlədir. 

Leyla HADI,
tələbə-jurnalist

Dünya