“Nədimələr”

post-img

Dieqo Velaskes 1599-cu ildə İspaniyanın Sevilya şəhərində mülkədar ailə­sində dünyaya gəlib. O, Barokko dövrünün ən məşhur rəssamlarından idi. Onun əsərlərində reallıq və təbiilik hər zaman ön planda olub. Saray rəssamı olduğu üçün kral və kraliçanı, saray məişət həyatını daha çox təsvir edib. Onun belə əsərlərindən biri də “Nədimələr” adlanır. 

Bu əsər portretdən çox məişət janrına yaxındır. Əsərin kompozisiyasında rəssa­mın emalatxanasında Velaskesin özünü, kral və kraliçanı, 6 yaşlı şahzadə İnfanta Marqaritanı, onun köməkçilərini, balacaboy təlxəyi, saray işçilərini, iti və digərlərini gö­rürük. 

Rəsm əsəri dəzgah rəngkarlığında yağ­lı boya texnikası ilə işlənib. Əsərin sujeti ilə bağlı fərziyyələrə gəldikdə isə, belə bir fikir irəli sürülür ki, şahzadənin köməkçiləri onu kral və kraliçanın hüzuruna çıxmaq üçün hazırlayırlar. Fon tünd rəngdə olduğun­dan açıq rəngli geyimlərdə təsvir edilmiş fiqurlar daha çox ön plana çıxır. 

Leyla HADI,
tələbə-jurnalist

Dünya