“Deepfake” insanlarda saxta xatirələr yaradır

post-img

Alimlər “deepfake” texnologiyası (mövcud təsvirin süni neyron şəbəkələrindən istifadə edilərək başqası ilə əvəz edilməsi) ilə insanlarda saxta xatirələrin yaradılmasına nail olublar. Belə ki, araşdırma nəticəsində insanların qavrayışlarına və yaddaşlarına kompleks təsir göstərmək mümkün olub. 

Təcrübədə iştirak edən 436 nəfər könüllüyə məşhur filmlərin saxta vi­deoları izlədilib və onlardan mətn­ləri oxumaq tələb olunub. Nəticədə, respondentlərin təxminən 50 faizi filmlərin saxta versiyalarını xatırlayıb. Üstəlik, iştirakçıların çoxu bu versiya­ların orijinallardan daha yaxşı oldu­ğunu bildirib. 

Tədqiqatın müəllifi G. Murfi qeyd edib ki, hazırda “deepfake” texnologi­yası çox böyük təhlükə olmasa da, insanların xatirələrini dəyişdirməklə bağlı narahatlıqlar yaradır. Həmçinin media “deepfake”in real hadisələr deyil, uydurma əsərlər kimi tanınma­sını təmin etməlidir. 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya