Atakama səhrası planetin ən günəşli yeridir

post-img

Alimlər Yerin Günəş tərəfindən ən intensiv işıqlandırıldığı ərazini müəyyən ediblər. Bu yer hətta Venera planetinə bənzəyir. 

Araşdırmalara görə, Yer kürəsinin ən günəşli nöqtəsi Çilinin şimalındakı Atakama səhrasında yerləşən Çinan­tor yaylasıdır. Dəniz səviyyəsindən 4800 metr yüksəklikdə yerləşdiyinə görə buludlar və yağışlar çox azdır. Venera Günəşə ən yaxın planetdir. Çinantorun Veneraya bənzədilməsi­nin səbəbi burada da ultrabənövşəyi radiasiyanın həddən artıq olmasıdır. Yaylada orta hesabla Günəş radiasi­yası hər kvadratmetrə təxminən 308 vatt düşür ki, bu da Yer üçün rekord göstəricidir. 

Qeyd edək ki, Atakama səhra­sı dünyanın ən sıx məskunlaşdığı səhralardan biridir. Burada insanlar mədənlərdə işləyir və mis çıxarırlar. Günəşin Yeri bu qədər işıqlandırma­sı isə orada yaşayan insanlarda dəri xərçəngi kimi xəstəliklərə səbəb ola bilər. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya