NASA “Dragon”u kosmosa göndərəcək

post-img

NASA-nın “SpaceX Crew-7” missiyası tədqiqat və texniki işləri yerinə yetirmək üçün Beynəlxalq Kosmik Stansiyaya müxtəlif təyinatlı astronavtlardan ibarət komanda göndərməyə hazırlaşır. 

“ScitechDaily” saytı istinadla xə­bər verir ki, komanda üzvləri kosmik gəmilərin gəlişini izləyəcək, kritik tədqiqatlar aparacaq, missiya başa çat­dıqdan sonra isə “SpaceX” gəmisi tərə­findən götürülərək Florida sahillərinə geri qayıdacaqlar. NASA bu əməliyyatı yerinə yetirmək üçün kosmik stansiya­dan dörd nəfər astronavt təyin edib. 

NASA qeyd edir ki, astronavtlar 3-cü və 5-ci missiyalarda istifadə olun­muş, dayanıqlı “SpaceX Dragon” gə­misindən istifadə edəcəklər. Hazırda NASA mühəndisləri kosmik gəmi üçün gücləndirici rolunu oynayacaq “Falcon 9” mühərrikini hazırlayırlar. 

M.HACIXANLI, “Xalq qəzeti”

Dünya