2 min illik gəmi

post-img

İtaliyada qədim Roma gəmisinin qalıqları tapılıb. Bu barədə İtaliyanın mədəni irsinin qorunması ilə məşğul olan “Carabinieri Art Squad” adlı polis bölməsi məlumat yayıb. 

Bildirilir ki, 2 min ildən əvvəl bat­dığı güman edilən gəmi Romanın şi­mal-qərbindəki liman şəhəri olan Ci­vitavecchia sahillərində aşkar edilib. Eramızdan əvvəl birinci və ya ikinci əsrlərə aid olan gəmidə, həmçinin yüzlərlə amfora tipli qablar da var. Təxminən 65 fut uzunluğunada olduğu təxmin edilən bu qablar gəminin dibində yerləşdirilib. 

Qeyd edək ki, mütəxəssislər gəmi­nin tapılmasında patrul gəmisi, sonar və dərinlik ölçən cihaz olan uzaqdan idarə olunan avtomobil sistemindən is­tifadə ediblər. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya