Hava yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin verdiyi məlumata əsasən avqustun 1-də Bakıda və Abşeron yarımadasında dəyişkən bu­ludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Gecə 20-25°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütununu, nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimər­liklərində dəniz suyunun temperaturu: Şimal çimərlik­lərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26°, Cənub çimərliklərində: (Türkan, Höv­san, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayon­larında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı,şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın tempera­turu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq. 

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya