MMA döyüşçülərimiz Yaponiyada qalib olublar

post-img

“Qəbələ” İdman Klubunun MMA döyüşçüləri “Bellator” və “Rizin”in birlikdə təşkil etdiyi “Super Rizin 2” turnirində kəmər döyüşünə çıxıblar. Yaponiyada keçirilən turnirdə Tofiq Musayev yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raun­dunda rəqibini nokauta salıb. 

Vüqar Kərəmov isə yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. Döyüşçü 1-ci ra­undda boğucu fəndlə rəqibinə qalib gəlib. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman