Universiadada gimnastımızın böyük uğuru

post-img

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında komandamızın çıxışı davam edir. 

Universiadada növbəti medalları komandamızın aktivinə bədii gimnas­tımız Zöhrə Ağamirova yazdırıb. İste­dadlı gimnastımız halqa (31.800 xal) və gürzlərlə (30.850 xal) hərəkətlərin icrasında gümüş, lentlə (29.150 xal) hərəkətlərdə isə bürünc medal qaza­nıb. 

Qeyd edək ki, bundan əvvəl cüdo­çularımız Rəşid Məmmədəliyev (73 kq), gümüş, Yaşar Nəcəfov (66 kq), Leyla Əliyeva (48 kq) bürünc medala sahib olublar. 

Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman