Çin və Gürcüstan strateji tərəfdaş oldular

post-img

Çin və Gürcüstan strateji tərəfdaşlığa daxil olublar.

Tərəflərin müvafiq bəyanatını Çinin "Sinxua" agentliyi yayıb.

Bu bəyanat Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Çinə səfərinin beşinci günündə gürcü siyasətçinin Çində keçirilən 31-ci FİSU Çenqdu Ümumdünya Tələbə Oyunlarının açılış mərasimində iştirak etdiyi günlərdə verilib. Çində İ.Qaribaşvili Çin Xalq Respublikasının sədri Si Cinpin və Çinin baş naziri Li Qianqla görüşüb.

“Tərəflər ikitərəfli münasibətlər, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və geniş konsensus əldə ediblər. Tərəflər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər”, - deyə məlumatda bildirilir.

S.ELAY,

"Xalq qəzeti"

Dünya