Neptunu kim kəşf edib?

post-img

Neptun haqqında bu günə qədər çox şey məlum deyil, çünki Yerdən uzaqdadır və əlçatmazdır. Bununla belə, planet haqqında bəzi maraqlı məlumatlar var.

Neptunun müşahidəsinə dair ilk qeydlər Qalileo Qalileyə məxsusdur. O, 28 dekabr 1612-ci il və 27 yanvar 1613-cü ildə Neptunu müşahidə et­mişdir, buna baxmayaraq alim onun hərəkətsiz olduğunu düşünmüş və ulduz olduğunu zənn etmişdir. Bu səbəbdən də Qalileo Qalileyin mü­şahidəsi Neptunun kəşfi kimi qiymət­ləndirilmir. Qalileyin ilk müşahidə apardığı vaxtlar Neptun və Yerin orbitdəki hərəkət istiqamətləri tər­sinə idi. Bu qısa müddətdə planetlər Yerdən hərəkətsiz kimi müşahidə olunur. Bu da o dövrün teleskopu ilə Qalileyin Neptunun hərəkətini müşa­hidə etməsini çətinləşdirmişdir. 

1845–1846-cı illərdə Urban Leverye müstəqil şəkildə yeni planetin yeri ilə bağlı bir sıra hesablamalar aparmışdır. Buna görə də planetin kəşfi də ona aid edilir.

Kəşfindən keçən qısa müddət ərzində Neptun “Leveryenin planeti”, ya da “Ura­nın orbitinin xaricində yerləşən planet” kimi tanınırdı. Adla bağlı ilk təklif İohann Qotfrid Qal tərəfindən edilmişdir. O, “Yanus” adını təklif edirdi. İngiltərədə isə Cey­ms Şali “Okean” adını təklif etmişdir.

Kəşfinə ad vermək haqqının özünə aid olduğunu bildirən Urban Leverye yeni planeti “Neptun” olaraq adlandırmışdır.

Neptunun atmosferinin 80 faizini hidrogen, 19 faizini helium təşkil edir. Atmos­ferdə az miqdarda metana da rast gəlinir.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya